DÜNYA


Yaponiyada yaşlı əhalinin 30 faizdən çoxu ilkin peyvəndləməyə cəlb olunub

Tokio, 12 iyun, AZƏRTAC

Yaponiyada yaşlı əhalinin 30 faizdən çoxu koronavirusa qarşı peyvəndin ilk dozasını alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 12-də Yaponiya hökumətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Yaponiyada koronavirusa qarşı peyvəndin vurulmasına fevralda başlanılıb və peyvəndləməyə ilkin olaraq tibb işçiləri cəlb edilib. Apreldə daha geniş əhali kütləsini əhatə edən peyvəndləmə cari maliyyə ilində 65 yaşı tamam olan və ondan yuxarı sakinlərə şamil edilib.

İyunun 11-nə olan son məlumatlara görə, yaşlı əhalinin 31,15 faizi və ya 11 milyon 55 min 472 nəfər peyvəndin ilk dozasını alıb. İkinci dozanın vurulduğu sakinlərin sayı isə 1 milyon 804 min 300 nəfər və ya 5,08 faiz təşkil edib.

Bildirilir ki, Tokioda yaşlı əhalinin 33,57 faizinə birinci, 4,47 faizinə isə ikinci doza artıq vurulub. Osakada isə müvafiq göstəricilər 27,36 faiz və 3,90 faiz təşkil edir.

Yaponiya Səhiyyə Nazirliyinin şənbə günü yaydığı bəyanata görə, süni nəfəsalma aparatına qoşulmuş ağır vəziyyətdə olan xəstələrin sayı 890 nəfər olub ki, bu həmin ərəfədə olan göstəricidən 52 nəfər azdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.