DÜNYA
Yaponiyada yaxınlaşan fırtına səbəbindən 400-ə yaxın aviareys ləğv olunub
Bakı, 14 avqust, AZƏRTAC
“Krosa” fırtınasının yaxınlaşması ilə əlaqədar Yaponiyanın Küsyü adasını digər rayonlarla əlaqələndirən 400-ə yaxın daxili aviareys ləğv olunub.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, çərşənbə günü 170 aviareys ləğv edilib, həmçinin avqustun 15-nə planlaşdırılan daha 228 daxili aviareys həyata keçirilməyəcək.
Hazırda fırtına Taneqasima adasından 190 kilometr şərqdə yerləşir. Siklonun mərkəzində küləyin sürəti saniyədə 30 metrə çatır, bəzən 40 metrədək güclənir. Dənizdə dalğanın hündürlüyü isə 9 metrə çata bilər. Fırtınanın Küsyü adasına cümə axşamı gününə keçən gecə çatacağı gözlənilir. Siklon saatda 20 kilometr sürətlə irəliləyir.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, fırtına regiona leysan yağışlar və şiddətli külək gətirəcək. Habelə daşqın və torpaq sürüşmələri ehtimalı yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]