DÜNYA


Yaponiyada yeni koronavirusa qarşı “Avigan” dərmanının sınaqları keçirilir

Tokio, 1 aprel, AZƏRTAC

Yaponiyanın “Fujifilm Toyama Chemical” farmakoloji şirkəti yeni koronavirusun simptomlarına qarşı istifadə edilməsi nəzərdə tutulan tibbi dərmanın sınaqlarına başlayıb.

AZƏRTAC xəbər verir ki, şirkət yeni koronavirusa qarşı istifadəsi planlaşdırılan “Avigan” preparatı bu virusa yoluxmuş təqribən 100 nəfər üzərində sınaqları iyunadək davam etdirməyi nəzərdə tutur.

Qeyd edək ki, “Avigan” preparatı altı il bundan əvvəl qripin müalicəsi üçün hazırlanıb. Ciddi əlavə təsirlərə malik olduğuna görə, həmin dərmandan yalnız hakimiyyət strukturlarının icazəsi ilə istifadə edilə bilər.

Çinli alimlərin bildirdiyinə görə, yeni koronavirusa yoluxmuş xəstələr üzərində aparılan kliniki sınaqlar həmin dərmanın müsbət təsir göstərdiyini təsdiq edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.