DÜNYA


Yaponiyada yeni koronavirusa yoluxanların sayı 3854 nəfərə çatıb

Tokio, 4 aprel, AZƏRTAC

Aprelin 4-də səhər saat 11:30-a olan son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların sayı 3854 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və yerli administrasiyalar məlumat yayıblar.

Əlavə olaraq bildirilir ki, buraya Çinin Hubey əyalətindən çarter reysi ilə gələnlər, “Diamond Princess” kruiz laynerində olanlar, Səhiyyə Nazirliyinin həmin gəmidəki koronavirusa yoluxmuş məmurları da daxildir.

Koronavirusa yoluxanlardan 89-nun öldüyü qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.