DÜNYA


Yaponiyada yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var VİDEO

Tokio, 22 avqust, AZƏRTAC

Yaponiyanın Naqoya şəhərinin yaxınlığındakı sürətli yolda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin avtobusu yanıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində iki nəfərin öldüyü, daha altı nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yaralananların vəziyyətinin sabit olduğu qeyd edilir.

Hadisə zamanı bir neçə nəqliyyat vasitəsinin toqquşduğu, hadisə yerində xilasedicilərin və yanğınsöndürənlərin çalışdığı bildirilir.

 
Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.