DÜNYA


Yaponiyada zəlzələ olub

Tokio, 17 iyun, AZƏRTAC

Yaponiyanın Hönşü adasında yerləşən Qunma prefekturasında 4,7 bal gücündə zəlzələ olub.

AZƏRTAC Yaponiya Baş Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib. Yeraltı təkanlar paytaxt regionu da daxil olmaqla 11 prefekturada hiss olunub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.