İQTİSADİYYAT


Yaponiyalı ixtiraçı gənclərə “Texnologiya və sahibkarlıq” mövzusunda seminar keçirib

Bakı, 9 oktyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən Bakıda yaponiyalı ixtiraçı Kohei İşiqaminin iştirakı ilə universitet tələbələri, texnologiya sahəsində istedadı olan məktəblilər, bu sahədə öz biznesini qurmaq istəyən gənclərə və valideynlərə seminar keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ilk olaraq Binəqədi Gənclər Evində yaponiyalı ixtiraçı ilə gənclərin görüşü keçirilib. Yaponiyadan öz robotları ilə gəlmiş tanınmış robotexnika mühəndisi K.İşiqami gənclərə robotlardan ibarət xüsusi hazırlanmış proqram nümayiş etdirib, həmçinin "Texnologiya və sahibkarlıq", "Humanoid robotlar", "Əşyalar interneti" mövzularında seminar keçib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən internet üzərindən yaradılan qeydiyyat səhifəsi vasitəsilə 14 yaşdan yuxarı məktəblilər və ya tələbələrin seminarda pulsuz iştirakı təmin olunub. Bunun üçün iştirakçılardan sosial şəbəkə səhifələrində (ınstagram, facebook və s.) #ideyadanbiznesə, ‪ #‎i2b, #hightechpark, #itfund, #innovation heşteqləri altında robotexnika ilə bağlı kreativ statuslar paylaşmağı və paylaşdıqları statusun "skrinşot"unu qeydiyyat bölməsinə əlavə edərək müraciət etmələri xahiş olunmuşdu. Beləliklə, qeydiyyatdan keçən 41 nəfər seminarda ödənişsiz iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.