DÜNYA


Yaponiyalı mütəxəssislər “Pfizer” vaksininin 85-96 faiz səmərəli olduğunu təsdiq edirlər

Tokio, 13 sentyabr, AZƏRTAC

Yaponiyanın Kioto Universitetinin mütəxəssisləri “Pfizer” vaksininin 85-96 faiz səmərəli olduğunu təsdiq ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 13-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Kioto Universitetinin bir qrup tədqiqatçısı ötən yay virusa yoluxmuş təqribən 10 minədək xəstənin məlumatlarını təhlil ediblər. Onların böyük əksəriyyəti vaksin qəbul etmədiklərinə görə, yapon mütəxəssislər bu dərmanın səmərəliyini müəyyənləşdirməkdə çətinlik çəkməyiblər. Bildirilir ki, 20-60 yaş arasında olan kişilərdə “Pfizer” vaksininin səmərəliliyi 89,6-93,4 faiz, 60-dan yuxarı yaşlı kişilər arasında isə 94,7-96,9 faiz təşkil edib. Qadınlar arasında isə bu göstərici 20-60 yaş arasında 85,4-91,8 faiz, 60 yaşdan yuxarılarda isə 92,6-96,1 faiz olub.

Yapon mütəxəssislər qeyd edirlər ki, tədqiqatlar virusun “delta” ştamının geniş yayıldığı dövrdə aparılıb və vaksin virusun bu variantına qarşı daha səmərəlidir.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiya əhalisinin 50 faizdən çoxu vaksinin artıq hər iki dozasını qəbul edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.