DÜNYA


Yaponiyalı tədqiqatçılar koronavirusun 100-dən çox mutasiyasını aşkar edən test sistemi hazırlayıblar

Tokio, 3 may, AZƏRTAC

Tokio Universitetinin alimlər qrupu koronavirusun 100-dən çox mutasiyasını aşkar etməyə imkan verən xüsusi test sistemi hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, bu test sistemi “pi-kod üsulu” adlanan yeni texnologiyanın bazasında yaradılıb. Bildirilir ki, bu üsulla koronavirusun mövcudluğunu aşkar etmək üçün 0,04 millimetrlik disklərdən istifadə edilir. Bu diskin üzərində ştrix koda bənzəyən xüsusi təsvirlər yerləşdirilib.

Mütəxəssislərin bildirdiyinə görə, bu fraqmentlərin hər biri mutasiyanın genlərindən asılı olaraq reaksiya zamanı fərqli rəngdə şüalar buraxır. Bundan sonra əldə edilən nəticə xəstənin analizi ilə müqayisə olunur. Bildirilir ki, bu metod gələcəkdə koronavirusun yeni ştammlarını daha sürətlə aşkar etməyə şərait yaradacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.