DÜNYA


Yaponiyalı tədqiqatçıların rəyinə görə COVID-19 virusunun izi xəstələrin 10 faizində bir ilədək qalır

Tokio, 8 may, AZƏRTAC

COVID-19 virusuna yoluxan insanların 10 faizində bu xəstəliyin izi özünü hətta bir il sonra da göstərə bilər.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin mütəxəssisləri apardıqları tədqiqatların nəticələrinə əsasən bildiriblər. Yapon mütəxəssislər qeyd edirlər ki, xəstəliyin izi özünü əsasən əzələ kütləsinin azalmasında göstərir. Bu hal həmin xəstələrin 7,4 faizində müşahidə olunur.

Eyni zamanda bildirilir ki, koronavirusa yoluxanların 4,4 faizində nəfəs çatışmazlığı, 3,5 faizində isə yuxululuq halları özünü göstərir.

Əlavə olaraq qeyd edilir ki, tədqiqatlarda 2020-ci ilin sentyabrından 2021-ci ilin iyulunadək koronavirusun ağır formasına yoluxan 693 nəfər iştirak edib.

“Zaman keçdikcə simptomların davam etməsindən şikayət edənlərin sayının azalmasına baxmayaraq, bəzi xəstələrdə xəstəliyin təsiri hələ də müşahidə edilir”, - deyə nazirliyin tədqiqatçılar qrupunun rəhbəri Akihito Yokoyama bildirib.

Həmçinin qeyd edilir ki, xəstəliyə yoluxanların 5,1 faizinin ciyərlərində tomoqrafiya zamanı müxtəlif dərəcəli xəsarətlər müşahidə olunur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.