İDMAN


Yaponiyalılar “Tokio-2020”nin Olimpiya məşəlinə əllə toxuna biləcəklər

Bakı, 30 oktyabr, AZƏRTAC

Tokio Yay Olimpiya Oyunlarının məşəli səyyar sərgidə nümayiş etdiriləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sərgi noyabrın 2-də Tokio hökumətinin ofisində açılacaq.

Sərgidə Olimpiya və Paralimpiya Oyunlarının müxtəlif bayraqları nümayiş etdiriləcək. Ziyarətçilər məşələ tamaşa etməklə yanaşı, həm də onu əllərinə götürə biləcəklər. Noyabrın 10-dan sonra isə Tokiodan səyahətə çıxacaq məşəl ölkənin 62 əyalətində olacaq. Məşəl estafeti gələn il iyulun 3-də başa çatacaq.

Yaponiyanın paytaxtındakı bütün idman arenalarında yeni hazırlanmış yol xəritəsinə uyğun olaraq artıq pandemiya əleyhinə tədbirlərin aparıldığı bildirilir. Qeyd edilib ki, COVID-19 ilə bağlı vəziyyət pisləşərsə səyyar ekspozisiya bağlana bilər.

Bildirilib ki, məşəl estafetində əvvəlcədən seçilmiş təqribən 10 min nəfər iştirak edəcək. Prinsip etibarilə yerli marşrutlara və tədbirlərə əməl olunacağını qeyd edən təşkilat komitəsi yalnız hər bir regionun statusu nəzərə alınmaqla bəzi dəyişikliklərin aparılmasını nəzərdə tutur. Belə ki, təşkilatçılar xərcləri azaltmaq məqsədilə məşəl estafetinin cədvəlini qısaltmaq istəsələr də, yerli hakimiyyət orqanlarının bu məsələdə nümayiş etdirdiyi kəskin narazılıq onları bu ideyadan imtina etməyə məcbur edib.

Nəticədə, yalnız estafeti müşayiət edəcək avtomobillərin və şəxsi heyətin sayının azaldılması qərara alınıb.

Xatırladaq ki, Olimpiya məşəli cari ilin əvvəllərində Yunanıstanın Olimpiya kəndindən götürülərək Oyunların vaxtının dəyişdirilməsi barədə qərarın qəbulundan dörd gün əvvəl Yaponiyaya gətirilib.

Həmin vaxtdan etibarən məşəl təşkilatçı ölkədə saxlanılır.

Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.