DÜNYA


Yaponiyanın Aomori prefekturasında düyü tarlası sənəti çiçəklənmə dövrünü yaşayır

Tokio, 8 avqust, AZƏRTAC

Yaponiyanın Aomori prefekturasının İnakadate kəndində düyü tarlası sənəti özünün çiçəklənmə dövrünü yaşayır.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyasına görə ikiillik fasilədən sonra bərpa edilən düyü tarlası incəsənəti İnkadate kəndində ziyarətçiləri yenidən bu nadir sənətin nümunələrinə baxmağa dəvət edir. Cari ildə kəndin düyü tarlalarında “Mona Liza”, “Göl sahili” və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş “Gomondan Yaoiyədək” əsərləri yer alıb.

Kəndin meri Takao Suzuki bildirib ki, həmin sənət əsərlərinin düyü tarlasında yaradılması üçün aralarında qədim düyü də olmaqla, yeddi müxtəlif rəngli düyü növündən istifadə olunub. Hələ 2003-cü ildə düyü tarlasında “Mono Lizanın” surətini yaratmaq istədiklərini xatırladan mer, həmin vaxt bu istəklərinə nail ola bilmədiklərini qeyd edib. Bildirib ki, cari ildə kənd sakini olan dizayner Miho Yonemuranın metodundan istifadə həmin sənət əsərlərini əks etdirməyə imkan yaradıb.

Əkin sahəsində yaradılmış əsərlərin böyük uğur qazandığını vurğulayan mer onların ziyarətçilər tərəfindən də yüksək qiymətləndirildiyini bildirib. Həmin tarla sənəti nümunələrinin oktyabrın 10-dək nümayiş olunacağını əlavə edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.