DÜNYA
Yaponiyanın Baş Naziri Nyu-Yorkda ABŞ və İran prezidentləri ilə görüşəcək
Tokio, 22 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe BMT Baş Assambleyasında iştirak etmək üçün sentyabrın 23-dən 26-dək Nyu-Yorka səfərdə olacaq. Səfər çərçivəsində Ş.Abe ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Həsən Ruhani ilə görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransında məlumat verib.
“Baş nazir Şinzo Abe sentyabrın 23-dən 26-dək Nyu-Yorku ziyarət edəcək, 26-dan 28-dək isə Brüsseldə olacaq. Nyu-Yorkda o, BMT Baş Assambleyasındakı tədbirlərə qatılacaq, həmçinin onun ABŞ və İran prezidentləri ilə yüksək səviyyəli görüşləri planlaşdırılır. Brüsseldə isə o, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək”, - deyə baş katib bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]