DÜNYA


Yaponiyanın Baş Naziri gələn həftə Vyetnama və İndoneziyaya səfər edəcək

Tokio, 13 oktyabr, AZƏRTAC

Yaponiyanın Baş Naziri Yoşihide Suqa gələn həftə yeni vəzifəsinin icrasına başladıqdan sonra özünün ilk xarici səfəri çərçivəsində Vyetnamı və İndoneziyanı ziyarət etməyi planlaşdırır.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, səfər çərçivəsində onun Vyetnamın Baş Naziri Nguyen Xuan Phuk və İndoneziya Prezidenti Coko Vidodo ilə görüşləri nəzərdə tutulur. Dörd gün davam edəcək səfərin oktyabrın 18-də başlayacağı bildirilir. Qeyd edilir ki, Y.Suqa bu planını hakim Liberal Demokratik Partiyanın İcraiyyə Şurasının oktyabrın 13-də keçirilən iclasında bəyan edib.

Baş Nazir həmin iclasda çıxışında Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasını (ASEAN) azad və açıq Hind-Sakit okean regionunun açarı adlandırıb. Y.Suqa deyib ki, o, həm ölkə daxilində, həm də xaricdə Yaponiyanın regionda sülhə və inkişafa can atdığını göstərməyə çalışır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.