DÜNYA
Yaponiyanın Baş Naziri sentyabrın sonlarında İran Prezidenti ilə görüşəcəyini bildirib
Tokio, 17 sentyabr, AZƏRTAC.
Yaponiyanın Baş Naziri Şinzo Abe İran Prezidenti Həsən Ruhani ilə sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəyini deyib.
AZƏRTAC xəbər verir ki, Baş Nazir bu barədə hakim Liberal Demokratik Partiyasının rəhbər heyəti ilə keçirilən toplantı zamanı bildirib.
Kyodo agentliyinin bildirdiyinə görə, Yaponiya hökumətinin başçısı İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyi planlaşdırır.
Xatırladaq ki, iyunun 12-13-də Ş.Abe İrana rəsmi səfəri zamanı Prezident Həsən Ruhani və İranın Ali rəhbəri Ayətullah Əli Xamneyi ilə görüşüb. Yaponiya hökumətinin başçısı dəfələrlə Tehran ilə Vaşinqton arasında dialoqun bərpası üçün vasitəçi olmağa hazır olduğunu açıqlayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio