İDMAN


Yaponiyanın Baş Naziri və BOK prezidenti Tokio Olimpiadasında təhlükəsizliyin təmin olunması barədə razılığa gəliblər

Tokio, 25 sentyabr, AZƏRTAC

Yaponiyanın Baş Naziri Yoşihide Suqa və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax gələn il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında təhlükəsizliyin təmin olunması üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Yoşihide Suqanın Tomas Bax ilə təqribən 15 dəqiqə davam etmiş telefon danışığı zamanı əldə edilib.

Qeyd edək ki, bu, ötən həftə Y.Suqa Yaponiyanın Baş Naziri təsdiq edildikdən sonra tərəflər arasında baş tutan ilk təmasdır.

Danışıqlarda Yaponiyanın Olimpiya və Paralimpiya Oyunlarının təşkili üzrə naziri xanım Haşimoto Seyko da iştirak edib. H.Seyko bildirib ki, əvvəlcə T.Bax Y.Suqanı yeni vəzifəyə təsdiq olunması münasibətilə təbrik edib. Bundan sonra tərəflər arasında danışıqlar müsbət məcrada davam edib.

Nazir qeyd edib ki, iştirakçılar koronavirus probleminin həlli və Oyunların gələn il uğurla keçirilməsi üçün mümkün olan bütün addımları atmaq barədə razılığa gəliblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.