DÜNYA
Yaponiyanın Baş naziri ABŞ Prezidenti ilə aprelin 16-da görüşəcək
Tokio, 2 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşinide Suqa ABŞ Prezidenti Co Baydenlə Vaşinqtonda aprelin 16-da görüşəcək.
AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato aprelin 2-də Tokioda keçirilən ənənəvi mətbuat konfransında bəyan edib.
Qeyd edək ki, Kyodo agentliyi bu ərəfədə Yaponiya və ABŞ liderlərinin aprelin 9-na planlaşdırılan görüşünün təxirə salınacağı barədə məlumat yaymişdı. Rəsmi mənbələr görüşün hansı tarixə dəyişdiriləcəyi barədə məlumat verməmişdilər.
Yaponiya Baş nazirinin ABŞ Prezidenti ilə görüşən ilk əcnəbi lider olacağı gözlənilir. Səfər ərəfəsində Y.Suqanın koronavirusa qarşı peyvənd olunduğu da bildirilir. Görüş zamanı liderlərin Çin, KXDR, iqlim dəyişmələri və ikitərəfli strateji ittifaqla bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, 2009-cu ildə həmin vaxt Yaponiyanın Baş naziri olan Taro Aso da ABŞ-ın 44-cü Prezidenti Barak Obama ilə Ağ evdə görüşən ilk əcnəbi lider olub. Eyni zamanda, sabiq Baş nazir Yoşihide Suqa da ABŞ-ın 45-ci Prezidenti Donald Trampla görüşən ilk əcnəbi lider olub. Lakin bu görüş Nyu-Yorkda, Donald Trampın inauqurasiyasından əvvəl baş tutmuşdu.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio