DÜNYA


Yaponiyanın Baş naziri “Fukusima-1” AES-də ləğvetmə işlərinin gedişi ilə tanış olub

Tokio, 18 oktyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Fumio Kişoida qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasında (AES) ləğvetmə işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, bu, F.Kişida hökumətin başçısı seçildikdən sonra onun regiona ilk səfəridir.

“Prefektura ərazisində bərpa işlərini tam yekunlaşdırmaq üçün AES-də ləğvetmə işlərini başa çatdırmaq lazımdır. Biz, yerli sakinlərin istəyini əsas götürərək bu istiqamətdə işləri səylə davam etdirmək niyyətindəyik”, - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Yaponiya hökumətinin başçıları 2011-ci ildə dəhşətli zəlzələnin və sunaminin baş verdiyi Fukusima prefekturasına mütəmadi surətdə səfərlər edirlər.

Prefekturaya işgüzar səfər zamanı F.Kişida AES-də ləğvetmə işlərinin gedişi ilə tanış olub. Ona AES ərazisində toplanan radiasiyalı su barədə də ətraflı məlumat verilib.

Yaponiya hökuməti burada toplanmış həmin suyu müvafiq təmizləmə aparıldıqdan sonra okeana axıtmağı planlaşdırır. Lakin hökumətin bu planı qonşu ölkələr tərəfindən böyük narazılıqla qarşılanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.