DÜNYA


Yaponiyanın Baş naziri: G20 qrupu pandemiyadan sonra dünyanın bərpasını öz üzərinə götürməlidir

Tokio, 22 noyabr, AZƏRTAC

Yaponiya G20 qrupunun pandemiyadan sonra iqtisadiyyatın bərpasını, beynəlxalq səfərlərin təşkilini və qaydaların yaradılmasını öz üzərinə götürməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa G20 qrupunun Səudiyyə Ərəbistanının sədrliyi ilə keçirilən onlayn sammiti zamanı bəyan edib.

“G20 pandemiyaya qarşı təşəbbüsü, iqtisadi inkişafın təmin olunmasını, beynəlxalq səfərlərin bərpasını və pandemiyadan sonrakı beynəlxalq qaydaların yaradılmasını öz üzərinə götürəcəyini alacağını açıq şəkildə göstərməlidir”, - deyə Y.Suqa bildirib.

Baş nazir, həmçinin hər kəsin tibbi diaqnostika, müalicə və peyvəndlə təminatı üçün qlobal mühitin yaradılmasının vacibliyini də vurğulayıb. Bundan əlavə, Y.Suqa rəqəmsallaşdırmanın inkişafının və etibarlı təchizat zəncirlərinin gücləndirilməsinin zəruriliyini bildirib. Vaxtı gələn ilə dəyişdirilmiş Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına gəlincə, Baş nazir bu yarışların bəşəriyyətin virus üzərində qələbəsinin rəmzinə çevrilməsi üçün lazım olan bütün işləri görəcəklərini vəd edib.

Qeyd edək ki, G20 1999-cu ildə inkişaf etmiş və inkişafda olan ölkələr tərəfindən yaradılmış qeyri-formal qurumdur. Onun tərkibinə ABŞ, Avstraliya, Argentina, AFR, Braziliya, Böyük Britaniya, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çin, Fransa, Hindistan, İtaliya, İndoneziya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya kimi dövlətlər və Avropa İttifaqı daxildir. Dünya Bankının məlumatına görə, dünya üzrə ÜDM-nin 80 faizi G20-nin payına düşür. Cari ildə birliyə sədrliyi Səudiyyə Ərəbistana həyata keçirir.

G20 qrupunun noyabrın 21-22-də keçirilən onlayn sammitinin gündəliyinə pandemiyaya qarşı mübarizə, həmçinin qlobal iqtisadiyyatın bərpası prosesi kimi mövzular daxil edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.