DÜNYA


Yaponiyanın Baş naziri Şimali Koreyanın raket sınağı ilə bağlı göstəriş verib

Tokio, 25 sentyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Fumio Kişida Şimali Koreyanın sentyabrın 25-də həyata keçirdiyi növbəti raket sınağı ilə bağlı əlaqədar nazirlik və idarələrə gözlənilməz hallarla əlaqədar hazırlıq barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilir ki, Yaponiya hökumətinin başçısı əlaqədar nazirliklərə və idarələrə üç əsas tapşırıq verib. Həmin tapşırıqlar bunlardır: gəmiçiliyin və mülki aviasiyanın təhlükəsizliyini təmin etmək, əhaliyə vəziyyətlə əlaqədar operativ və düzgün informasiyanı çatdırmaq və gözlənilməz vəziyyətə hazır olmaq. Baş nazirin ofisində operativ məlumatın toplanması və təhlili üzrə böhran qərargahı da yaradılıb.

Yaponiya Sahil Mühafizəsi Xidmətinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra ərazidəki gəmilərə ziyan dəyməyib.

Qeyd edək ki, Şimali Koreya Yapon dənizi istiqamətində yaxın məsafəli ballistik raket buraxıb. Pxenyan son raket sınağını cari il iyulun 5-də həyata keçirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.