İDMAN


Yaponiyanın Baş naziri dünya ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndələri qarşısında çıxış edib

Tokio, 28 noyabr, AZƏRTAC 

Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları zamanı yapon hökuməti bütün dünyaya ölkənin yeni texnologiyalarını və qədim mədəniyyətini nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, noyabrın 28-də Baş nazir Tokioda işə başlayan Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasının iştirakçıları qarşısında çıxış edib. O deyib ki, Yaponiya 2020-ci il Oyunlarının təhlükəsiz, rahat və cəlbedici olması üçün vahid komanda kimi işləməyə çalışacaq.

Tədbirdə dünyanın 206 ölkəsindən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak edir. Azərbaycan nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.