DÜNYA


Yaponiyanın Baş naziri koronavirusa qarşı dördüncü dəfə peyvənd olunub

Tokio, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Yaponiyanın Baş naziri Fumio Kişida koronavirusa qarşı dördüncü dəfə peyvənd olunub.

AZƏRTAC Yaponiya KİV-nə istinadla xəbər verir ki, F.Kişida ABŞ-ın “Moderna” şirkətinin buster dozasını qəbul edib. Digər hallarda olduğu kimi, bu dəfə də peyvəndin Baş nazirə jurnalistlərin iştirakı vurulduğu deyilir.

“Bu həm sizin üçün, həm də sizin ətrafınızdakılar üçün çox vacib peyvənddir, ona görə də mütləq dördüncü dəfə peyvənd olunun”, - deyə Baş nazir jurnalistlərə bildirib.

Qeyd edilir ki, 126 milyona yaxın əhaliyə malik olan Yaponiyada əhalinin 82,1 faizi COVID-19-a qarşı peyvəndin ikinci dozasını qəbul edib. Üçüncü dozanı qəbul edənlər isə əhalinin 63,5 faizidir.

Bununla yanaşı, ölkədə 65 yaşdan yuxarı insanların immunizasiya səviyyəsi xeyli yüksəkdir: yaşlı insanların 90,5-93 faizi peyvəndin artıq üçüncü dozasını qəbul edib. Hazırda dördüncü dozanın vurulması kampaniyası davam edir, yaşı 65-dən yuxarı olan 17 milyondan çox insanın dördüncü dozanı qəbul edəcəyi gözlənilir. Payıza qədər isə kütləvi immunizasiyaya başlanması planlaşdırılır.

Əlavə olaraq bildirək ki, pandemiya başlayandan sonra Yaponiyada ən azı 15,1 milyon nəfər koronavirusa yoluxub, onlardan 34,5 mindən çoxu həyatını itirib.

 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.