DÜNYA
Yaponiyanın “Diamond Princess” kruiz laynerində olan Qazaxıstan vətəndaşları yaxın günlərdə ölkələrinə qayıdacaqlar
Nur-Sultan, 19 fevral, АZƏRTAC
Yeni koronavirusa görə Yaponiyanın Yokohama limanında karantində saxlanılan “Diamond Princess” kruiz laynerini sərnişinləri arasında 4 Qazaxıstan vətəndaşı ölkəyə öz hesablarına qayıdacaqlar. Bu barədə Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.
AZƏRTAC xəbər verir ki, dörd Qazaxıstan vətəndaşı - iki uşaq və iki qadın yaxın günlərdə vətənlərinə qayıda biləcəklər.
Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, onların vəziyyəti qənaətbəxşdir, koronavirusa yoluxmayıblar.
Bu gündən etibarən insanlar “Diamond Princess” kruiz laynerini tərk etməyə başlayıblar.
Xatırladaq ki, gəminin göyərtəsində 3700 nəfər olub. Fevralın 17-nə olan məlumata görə, gəminin göyərtəsində olan 454 nəfərdə koronavirus aşkar edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan