DÜNYA


Yaponiyanın “Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaradacaq

Tokio, 5 aprel, AZƏRTAC

Yaponiyanın “Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaratmaq məqsədilə bu kosmik cismə növbəti enişə hazırlaşır. Məqsəd yerdən 340 milyon kilometr məsafədə yerləşən asteroidin daxili quruluşunu öyrənməkdir.

AZƏRTAC Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, “Hayabuşa-2” zondu martın 4-də yapon vaxtı ilə saat 13:00-dan başlayaraq 20 min metr yüksəklikdən asteroidə enişə başlayıb. Plana əsasən, martın 5-də saat 11:00 radələrində zond asteroidin səthindən 500 metr yüksəklikdə olarkən onun asteroidə “impaktor” adlı qurğu göndərəcəyi gözlənilir. Bundan 40 dəqiqə sonra “impaktor” süni krater yaratmaq və xüsusi metal obyekti saniyədə 2 kilometr sürətlə asteroidin daxilinə yerləşdirmək üçün partlayış törədəcək.

JAXA Ryuqu asteroidindən nümunələr götürmək məqsədilə “Hayabuşa-2” zondunu bir daha asteroidə endirməyi planlaşdırır. JAXA-nın nümayəndələri bildiriblər ki, “Hayabuşa-2” zondunun fevralda asteroidə enərkən oradan süxur nümunələri götürməyə artıq nail olduğu güman edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.