DÜNYA


Yaponiyanın Hokkaydo adasına aviareyslər güclü qar səbəbindən təxirə salınıb

Tokio, 6 yanvar, AZƏRTAC 

Yaponiyanın Hokkaydo adasına və geriyə aviareyslər güclü qar səbəbindən təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu, Yeni il bayramından sonra hər iki istiqamətdə hərəkət edənlər üçün ciddi əngəl yaradıb.

Aviaşirkətlərin məlumatına görə, Hokkaydo prefekturasının paytaxtı Sapporonun Nyu-Çitoşe aeroportundan şənbə günü Tokio, Osaka və Fukuokaya uçan təyyarələrdə bütün yerlər bronlaşdırılıb. Lakin uçuş-enmə zolağının işçilər tərəfindən fasiləsiz təmizlənməsinə baxmayaraq, reyslərin çoxu təxirə salınıb. Şənbə günü gecə saat 11-dək uçuş-enmə zolağına 6 saat ərzində 20 santimetrdən çox qar yağıb. Aeroportdan 60 çıxış və 45 qəbul olma reysi təxirə salınıb.

Mindən çox sərnişin gecəni aeroportda keçirmək məcburiyyətində qalıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.