DÜNYA


Yaponiyanın Hokkaydo adasının şimalında silsilə zəlzələlər olub

Tokio, 11 avqust, AZƏRTAC

Avqustun 11-nə keçən gecə Yaponiyanın Hokkaydo adasının şimalında 5,1 baldan 5,4 baladək gücdə olan bir neçə zəlzələ baş verib. Yerli vaxtla gecə saat 1 radələrində qeydə alınan ilk təkan 5,4 bal gücündə olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Nakaqava qəsəbəsi yaxınlığında, ocağı 4 kilometrdən 10 kilometrədək dərinlikdə yerləşib. İlk zəlzələdən sonra həmin ərazidə daha 5 afterşok qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, sunami xəbərdarlığı elan olunmayıb.

NHK telekanalının məlumatına görə, qismən çökmə nəticəsində qəsəbə ərazisindən keçən yollardan biri bağlanıb.

“Hokkaido Electric Power Co.” şirkətinin yaydığı məlumata görə, ərazidə yerləşən “Tomari” AES-də ştatdankənar vəziyyət qeydə alınmayıb.

Yaponiya Meteorologiya Agentliyi yerli əhalidən qarşıdakı həftə ərzində baş verə biləcək təkrar təkanlarla bağlı diqqətli olmağı xahiş edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.