DÜNYA


Yaponiyanın Hokkaydo adasının yaxınlığındakı kiçik ada yoxa çıxıb

Tokio, 1 noyabr, AZƏRTAC 

Yaponiyanın Sahil Mühafizəsi Xidmətinin yaydığı məlumata görə, Hokkaydo adasının yaxınlığında yerləşən ada üzən buzların təsiri altında eroziyaya uğrayaraq yoxa çıxıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Hokkaydo adasındakı Sarufutsu kəndindən 500 metr məsafədə yerləşən Esanbe Hanakita Kocima adlı ada çox güman ki, yoxa çıxıb.

Sahil Mühafizəsi Xidməti oktyabrın əvvəllərində kəndin sakinlərindən adanın görünmədiyi barədə məlumat alıb.

Balıqçılar Assosiasiyası oktyabrın ortalarında adaya qayıq göndərsə də, adanı tapmaq mümkün olmayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.