DÜNYA


Yaponiyanın Hokkaydo və Tohoku regionlarında leysan yağışlar davam edir

Tokio, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Yaponiyanın şimal və şimal-şərq regionlarında leysan yağışlar davam edir.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, isti və rütubətli havanın hökm sürdüyü Hokkaydo adasında atmosfer şəraiti qeyri-sabit olaraq qalmaqdadır. Prefekturanın Rumoi, Kamikava və Oşima rayonlarına rekord miqdarda yağıntılar düşüb. Embetsu şəhərində son 12 saat ərzində 213 millimetr yağıntı qeydə alınıb ki, bu da avqust ayı üçün orta göstəricidən 1,5 dəfə çoxdur.

Soya, Oşima və Hiyama rayonlarında torpaq sürüşmələri haqqında xəbərdarlıq yayılıb.

Eyni zamanda, Tohoku regionunda son 24 saat ərzində 200 millimetrədək yağıntı düşdüyü bildirilir. Növbəti 24 saat ərzində bu ərazidə 100 millimetrdən 200 millimetrədək yağıntı düşəcəyi proqnozlaşdırılır.

Tohoku regionunun Yapon dəniz sahilləri boyunca da leysan yağışlar barədə xəbərdarlıq edilib. Həmin ərazilərdə yerli əhaliyə güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsinin qalxacağı, daşqınlar və torpaq sürüşmələri barədə xəbərdarlıq göndərilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.