DÜNYA


Yaponiyanın “Honda” və Çinin “CATL” şirkətləri elektromobillər üçün batareyalar hazırlayacaqlar

Tokio, 6 fevral, AZƏRTAC

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Honda” şirkətinin yaydığı məlumata görə, o, Çinin “CATL” şirkəti ilə birlikdə elektromobillər üçün batareyalar hazırlayacaq.

AZƏRTAC xəbər verir ki, bu, yapon avtomobil şirkəti ilə Çin batareya istehsalçısı arasında həyata keçirilən ilk birgə layihə olacaq. Bildirilir ki, elektromobillər üçün batareyalar “Honda” şirkətinin Tokionun şimalında yerləşən Toçiqi prefekturasındakı tədqiqat mərkəzində hazırlanacaq. “CATL” şirkətinin 2022-ci ildən başlayaraq, həmin batareyaları Çində istehsal edəcəyi nəzərdə tutulur.

“Honda” şirkəti 2025-ci ildən başlayaraq Çin bazarına azı 20 model elektromobil və digər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi çıxarmağı planlaşdırır. Şirkətin nümayəndələrinin bildirdiyinə görə, həmin nəqliyyat vasitələri məhz bu batareyalarla təchiz ediləcək.

Çin hökuməti həmin sahədə öz xarakterinə görə strateji addımlar atır. “CATL” şirkəti Yaponiyanın “Panasonic” şirkətini 2017-ci ildə qabaqlayaraq, elektromobillər üçün batareyalar hazırlayan qlobal liderə çevrilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.