DÜNYA


Yaponiyanın İbarakı prefekturasında 4,7 bal gücündə zəlzələ olub

Tokio, 9 iyul, AZƏRTAC

İyulun 9-da səhər saatlarında Yaponiyanın İbaraki prefekturasında 4,7 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Yerli vaxtla səhər saat 6:05-də qeydə alınan yeraltı təkanların episentrinin İbaraki prefekturasının Nambu qəsəbəsində, ocağının 50 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.