SİYASƏT


Yaponiyanın JIJI PRESS agentliyi Ermənistan ordusunun Gəncəyə raket hücumu barədə məlumat yayıb

Tokio, 17 oktyabr, AZƏRTAC

Yaponiyanın JIJI PRESS agentliyi oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, həmin məlumatda oktyabrın 17-də gecə saat 1:00 radələrində Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutduğu qeyd olunub. Bildirilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə sayca üçüncü dəhşətli hücum nəticəsində ikisi uşaq olmaqla, 13 nəfər həyatını itirib, 40-dan çoxu isə ağır yaralanıb. Eyni zamanda, mülki infrastruktura ciddi ziyan dəyib.

Məqalədə Azərbaycan tərəfinin bu hücuma cavab verəcəyi barədə məlumat da öz əksini tapıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində düşmənə layiqli cavab veriləcəyini bildirib.

Eyni zamanda, Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etmək üçün əməliyyatlarını uğurla davam etdirdiyi barədə fikirlər də məqalədə yer alıb.

Qeyd edilib ki, Rusiya tərəfinin vasitəçiliyi ilə tərəflər arasında oktyabrın 10-da humanitar atəşkəs elan olunsa da, döyüşlər səngimək bilmir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.