DÜNYA


Yaponiyanın “Kansay” aeroportunun uçuş-enmə zolağı drona görə növbəti dəfə bağlanıb

Tokio, 9 noyabr, AZƏRTAC

Noyabrın 9-da Yaponiyanın “Kansay” aeroportunun uçuş-enmə zolaqları ərazidə uçan drona görə növbəti dəfə bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Xatırladaq ki, bu, həftə ərzində baş verən ikinci belə hadisədir. Belə ki, noyabrın 7-dən 8-nə keçən gecə beynəlxalq aeroportun operatoru naməlum uçan obyektə görə uçuş-enmə zolaqlarını bağlamaq məcburiyyətində qalmışdı. Həmin gün təqribən 30 reys ya təxirə salınmış, ya da digər aeroportlara yönəldilmişdi.

Bildirilir ki, aeroportun təhlükəsizlik xidmətinin polislə birlikdə apardığı araşdırmalar hələlik heç bir nəticə verməyib. Eyni zamanda, həmin gün aeroportun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi qərara alınıb.

Qeyd edək ki, “Kansay” aeroportu “Narita” və “Haneda” aeroportlarından sonra Yaponiyanın üçüncü ən böyük beynəlxalq aeroportudur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.