DÜNYA


Yaponiyanın “Kaquya” süni peyki Ayın səthində nəhəng tunel aşkar edib

Tokio, 19 oktyabr, AZƏRTAC

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) “Kaquya” süni peykinin Ay ilə bağlı göndərdiyi məlumatların təhlili zamanı onun səthində tunelə bənzər nəhəng boşluğun aşkar edildiyi barədə məlumat yayıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, JAXA həmin tuneldə Ay missiyasının təşkili üçün bazanın yaradılmasının mümkünlüyünü bildirib. Agentlik 2007-ci ildə buraxılmış “Kaquya” orbital zondu tərəfindən radar vasitəsilə təqribən 18 ay ərzində toplanmış məlumatları təhlil edib.

JAXA mütəxəssislərinin məlumatına görə, tunel Marius təpəsi adını almış vulkanik yüksəkliyin altında yerləşir. Tunel təqribən 50 kilometr uzunluğa malikdir və 50 metr diametrində kəsiklə Ayın səthinə çıxır. Onun torpağın altında yerləşməsi burada gündüz və gecə vaxtı temperaturun kəskin dəyişməsinin və kosmosdan gələn radiasiyanın qarşısını alır. Burada tərkibində su olan minerallar da ola bilər.

Yaponiya 2025-ci ildə Aya astronavtlar göndərməyin yollarını araşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri