DÜNYA


Yaponiyanın Kuçinorabu adasında vulkan püskürüb

Tokio, 17 yanvar, AZƏRTAC 

Yanvarın 17-də Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima prefekturasına aid Kuçinorabu adasında vulkan püskürüb.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Şindake dağında püskürmə yerli vaxtla 9:19 dəqiqədə baş verib. Nəticədə tüstü dumanı kraterdən 500 metrdən çox hündürlüyə qalxıb.

Sonradan tüstü sütununun hündürlüyünün 300 metrədək endiyi püskürmə saat 10-dək davam edib. Agentlik yerli sakinləri vulkan püskürməsi nəticəsində yaranan tullantılardan və axından ehtiyatlı olmağa çağırıb. Eyni zamanda, onlara qapalı yerlərdə qalmaq və hadisənin gedişini izləmək tövsiyə edilib.

Ötən ilin avqustunda vulkanın fəallaşdığını izləyən agentlik püskürmə barədə xəbərdarlığı dördüncü dərəcədən beşinciyə qaldırıb. Lakin sonradan o, üçüncü dərəcəyə endirilib. Oktyabrdan başlayaraq fasilələrlə püskürmə baş verib. Son püskürmə dekabrın 18-də qeydə alınıb.

Xatırladaq ki, 2015-ci ilin mayında baş verən püskürmə zamanı adanın bütün əhalisi, təqribən 130 sakin təxliyə edilmişdi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.