DÜNYA


Yaponiyanın Kumamoto prefekturasında güclü zəlzələ olub

Tokio, 3 yanvar, AZƏRTAC 

Yanvarın 3-də yerli vaxtla saat 18:10-da Yaponiyanın Kumamoto prefekturasında 5,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Naqomi şəhərinin yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Fukuoka, Saqa və Oiça prefekturalarında da hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Kyodo agentliyinin bildirdiyinə görə, Kumamaoto AES-də ştatdankənar vəziyyət qeydə alınmayıb.

Zəlzələ Kyüşü adasında sürətli “Şinkansen” qatarlarının hərəkətinin avtomatik dayanmasına səbəb olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.