DÜNYA


Yaponiyanın Müdafiə naziri: ABŞ və İran arasındakı gərginliyi azaltmağa kömək edəcəyik

Bakı, 15 yanvar, AZƏRTAC

Yaponiya ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün diplomatik səylər göstərəcəyini bildirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə naziri Taro Kono amerikalı həmkarı Mark Esperlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir mətbuat konfransından əvvəl Pentaqon rəhbəri ilə Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İrandakı son hadisələri müzakirə edib.

“Mark Esper ABŞ qüvvələrinin bölgədə necə fəaliyyət göstərdiyi barədə məlumat verdi. Mən də ona gərginliyi azaltmaq və bölgədəki vəziyyəti sabitləşdirmək üçün ardıcıl diplomatik səylər göstərəcəyimizi bildirdim”, - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.