SİYASƏT


Yaponiyanın NHK telekanalı Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə barədə məlumat yayıb VİDEO

Tokio, 13 avqust, AZƏRTAC

Yaponiyanın nüfuzlu NHK telekanalı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzlanması barədə məlumat yayıb.

AZƏRTAC-ın məlumatına görə, telekanal qeyd edir ki, Xəzəryanı ölkələr olan Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan sərhədlərin müəyyənləşdirilməsi barədə mübahisəli məsələdə razılıq əldə ediblər.

Bildirilir ki, avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Sənədə əsasən, hər bir ölkə sahildən 15 mil məsafədə ərazi sularına malik olacaq. Bundan əlavə, liderlər həmin ərazi sularına bitişik balıqçılıq zonaları barədə razılıq əldə ediblər ki, burada da xüsusi balıq ovu hüququ təmin olunacaq.

Dövlətlərin əldə etdiyi razılaşmaya əsasən, Xəzər dənizinin enerji ehtiyatları tərəflər arasında imzalanacaq növbəti müqavilələrə uyğun olaraq bölünəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.