DÜNYA


Yaponiyanın Niiqata prefekturasında torpaq sürüşməsi təhlükəsi artıb

Tokio, 4 iyul, AZƏRTAC 

Yaponiyanın Niiqata prefekturasında leysan yağışlar səbəbindən torpaq sürüşməsi və sel təhlükəsi artıb. Yerli hakimiyyət orqanları 23 min sakinə təxliyə barədə xəbərdarlıq göndərib.

Son 72 saat ərzində atmosferdə baş verən dəyişikliklər nəticəsində düşən 300 millimetr yağıntı aylıq normanı keçib. Meteoroloqlar xəbərdarlıq edirlər ki, bu, çayların daşmasına, dağlarda torpaq sürüşmələrinə səbəb ola bilər.

Daha təhlükəli yerlərdə yaşayan sakinlərə yağışlar kəsənədək təxliyə məntəqələrində qalmaq tövsiyə olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.