DÜNYA
Yaponiyanın Okinava prefekturasının əhalisi ABŞ hərbi bazasının köçürülməsinin əleyhinə səs verib
Bakı, 25 fevral, AZƏRTAC
Yaponiyanın cənubundakı Okinava prefekturasında buradakı ABŞ hərbi bazasının köçürülməsi ilə bağlı referendum keçirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, seçicilərin 72,2 faizi ABŞ dəniz piyadalarının Futenmadakı bazasının Naqo şəhərindəki Henoko rayonuna köçürülməsinə mənfi münasibət bildirib. Seçicilərin 19,1 faizi köçürülmənin lehinə səs verib. Əhalinin 8,7 faizi isə referenduma qatılmayıb.
Qeyd edək ki, referendumun nəticələri heç bir hüquqi qüvvəyə malik deyil. Lakin prefektura rəhbərliyi bununla mərkəzi hökumətə və ABŞ rəhbərliyinə yerli əhalinin məsələyə münasibətini çatdırmaq istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]