DÜNYA


Yaponiyanın Osaka prefekturasında güclü zəlzələ olub

Tokio, 18 iyun, AZƏRTAC

İyunun 18-də səhər saatlarında Yaponiyanın Osaka prefekturasının şimalında 6,1 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın Meteorologiya Agentliyinin 7 ballıq cədvəlinə əsasən zəlzələyə 6 bal intensivlik verilib. Sunami təhlükəsi elan edilməyib. Yeraltı təkanlar Hyoqo, Kioto, Şiqa və Nara prefekturalarında hiss olunub.

Yerli vaxtla saat 11:15 dəqiqədə yayılan məlumata görə, zəlzələ nəticəsində 3 nəfər həlak olub, 200-dən çox sakin müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Qonşu Fukui prefekturasının rəsmi nümayəndələrinin bildirdiyinə görə, ərazidə yerləşən 15 atom reaktorunda ştatdankənar vəziyyət qeydə alınmayıb.

Zəlzələ nəticəsində “Şinkansen” sürət qatarlarının hərəkətində fasilə yaranıb. Yeraltı təkanlar yerli dəmir yolu xətlərində qatarların hərəkətinə də maneə yaradıb.

Regiondakı üç aeroportun işi dayansa da, sonradan bərpa olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.