Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaponiyanın “Rainbow Town FM 79.2 Tokyo” radiosunda Azərbaycan mətbuatı haqqında veriliş səsləndirilmiş, onun videogörüntüləri radionun veb-səhifəsində canlı yayımla nümayiş etdirilmişdir VİDEO

Yaponiyanın “Rainbow Town FM 79.2 Tokyo” radiosunda Azərbaycan mətbuatı haqqında veriliş səsləndirilmiş, onun videogörüntüləri radionun veb-səhifəsində canlı yayımla nümayiş etdirilmişdir VİDEO

Bakı, 27 yanvar (AZƏRTAC). Yanvarın 26-da Yaponiyanın “Rainbow Town FM 79.2 Tokyo” radiosunda Azərbaycan mətbuatı haqqında xüsusi veriliş səsləndirilmiş, onun videogörüntüləri http://www.ustream.tv/user/Rainbowtown FM veb-səhifəsində canlı yayımla nümayiş etdirilmişdir.

Verilişdə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev iştirak etmiş, aparıcıların və dinləyicilərin suallarını cavablandırmışdır.

AZƏRTAC xəbər verir ki, bir saat davam edən verilişin əvvəlində aparıcılar Soişi İki, Saki Noda və Karena 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası, onun coğrafi mövqeyi, güclü iqtisadi potensialı barədə məlumat vermişlər.

Azərbaycanın bir sıra böyük, beynəlxalq səviyyəli layihələrə imza atdığı və hazırda dünyanın ən hündür televiziya qülləsini inşa etmək iddiasında olduğu bildirilmişdir. Azərbaycan hökumətinin ölkədə mətbuata və söz azadlığına xüsusi diqqət yetirdiyi qeyd edilmiş, hazırda 600-dən artıq KİV-in dövlət qeydiyyatına alındığı, altı respublika və bir çox regional səviyyəli televiziya kanallarının fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, 1920-ci ildən fəaliyyət göstərən AZƏRTAC artıq beynəlxalq səviyyəli informasiya agentliyinə çevrilmişdir və dünyanın 27 ölkəsinin müvafiq qurumları, o cümlədən Yaponiyanın Kyodo News agentliyi ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir.

AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür. Bundan əlavə, AZƏRTAC "AsiaPulse" - Asiya xəbər agentlikləri konsorsiumunun da fəal üzvlərindən biridir.

AZƏRTAC-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Orta Asiya, Çin, Yaponiya, İtaliya, İspaniya, İsveç, Rumıniyada, respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Ötən ilin sentyabrında Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Moskvada keçirilən XV Baş Assambleyasında AZƏRTAC-ın baş direktoru qurumun vitse-prezidenti seçilmiş, OANA-nın növbəti Baş Assambleyasının 2016-cı ildə Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu təşkilata AZƏRTAC-ın sədrliyi barədə qərar qəbul olunmuşdur.

Noyabrda isə Ər-Riyadda keçirilən Xəbər Agentliklərinin IV Dünya Konqresində (XADK) V Dünya Konqresinə 2016-cı ildə Azərbaycanın ev sahibliyi etməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, 2016-2019-cu illərdə XADK-a AZƏRTAC sədrlik edəcəkdir.

Agentliyin 2011-ci ildə Tokioda xüsusi müxbir məntəqəsinin yaradıldığı bildirilmişdir. Qeyd edilmişdir ki, ötən dövrdə Yaponiya-Azərbaycan əlaqələri, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq, yapon xalqının qədim tarixi və mədəniyyəti haqqında çoxlu sayda məqalə Azərbaycan mətbuatında dərc edilmiş və videomateriallar nümayiş etdirilmişdir.

Hazırda Azərbaycanda mətbuatın durumu haqqında sualı cavablandıran V.Ağayev demişdir ki, 1998-ci ildə mətbuat üzərində senzura ümummilli lider Heydər Əliyev tərəfindən ləğv edilmişdir. Bundan əlavə, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu bu sahədə hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə olmuşdur. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olunmuş, idarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmiş, KİV-lərin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradılmışdır. 2003-cü ilin martında isə Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası təsis edilmişdir.

2003-cü ildə İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırılmışdır.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Sərəncamı ilə KİV-lərin "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə ləğv edilmişdir. Buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görülmüşdür.

2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərar qəbul edilmiş, məhz bu sənəddə mətbuatın inkişafını təmin edəcək əsaslar öz əksini tapmışdır. Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi olmuşdur.

Azərbaycan Mətbuat Şurasına xüsusi ofisin tikilməsi, onun açılışında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi, Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edərək jurnalistlərin problemlərini dinləməsi, onların həlli ilə bağlı real addımların atılması müstəqil Azərbaycan mətbuatının tarixində növbəti fundamental mahiyyət daşıyan əlamətdar hadisə kimi qiymətləndirilmişdir.

Mətbuata Azərbaycan dövlətinin xüsusi qayğısını vurğulayan V.Ağayev bildirmişdir ki, 2010-cu ildə Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam vermişdir. Həmin Sərəncamın icrası məqsədilə cari il iyulun 22-də - Milli Mətbuat Günündə 156 jurnalist ailəsinə yeni inşa edilmiş binada mənzillərin açarı təqdim edilmişdir. Qeyd edilmişdir ki, dünyada bənzəri olmayan bu hadisə həqiqətən də Azərbaycanda azad sözə, mətbuatın inkişafına yetirilən böyük diqqət kimi yüksək qiymətləndirilməlidir.

Vurğulanmışdır ki, ölkədə KİV-lərin inkişafına göstərilən bu yüksək qayğı və diqqətə görə Prezident İlham Əliyev 2010-cu və 2013-cü illərdə "Jurnalistlərin dostu" seçilmişdir.

Verilişdə Azərbaycan ilə Yaponiya arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılmış, bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır.

Yaponiyanın “Rainbow Town FM 79.2 Tokyo” radiosunda Azərbaycan mətbuatı haqqında veriliş səsləndirilmiş, onun videogörüntüləri radionun veb-səhifəsində canlı yayımla nümayiş etdirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır