DÜNYA


Yaponiyanın Sakit okean sahillərində 5,9 bal gücündə zəlzələ olub

Tokio, 28 noyabr, AZƏRTAC 

Noyabrın 28-də Yaponiyanın Sakit okean sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, yeraltı təkanların episentri Aomori prefekturasının şərq sahillərində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan olunmayıb, dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.