DÜNYA


Yaponiyanın “Sharp” şirkəti yeni model 5G smartfonunu təqdim edib

Tokio, 18 fevral, AZƏRTAC

Yaponiyanın elektronika sahəsində tanınmış “Sharp” şirkəti ilk 5G smartfon modelini təqdim edib.

AZƏRTAC xəbər verir ki, yeni modelin cari ilin yazında, ölkədə yeni nəsil yüksəksürətli xətt şəbəkəsi işə başlayacağı zaman satışa çıxarılması planlaşdırılır.

“Sharp” şirkətinin nümayəndələrinin bildirdiyinə görə, yeni smartfon hazırda mövcud olanlardan fərqli olaraq videogörüntünü təqribən 10 dəqiqəyə deyil, bir neçə saniyə ərzində köçürməyə imkan verəcək. Bundan əlavə, yeni modelin 6,5 düyümlük displeyi və dörd kamerası var. Onun vasitəsilə 8K formatlı videolar yazmaq olar. Süni intellekt vasitəsilə tanıma funksiyası avtomatik şəkildə insanları və ya heyvanları müəyyənləşdirməyə, video baxış boyunca onların görüntüsünün ölçülərini böyütməyə imkan yaradır.

Yeni modelin ilkin satış qiymətinin təqribən 100 min yen (910 dollar) məbləğində olacağı gözlənilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.