DÜNYA
Yaponiyanın “Suntory” şirkəti iki viski brendini satışdan çıxarır
Tokio, 22 may, AZƏRTAC
Yaponiyanın içkilər istehsalı sahəsində tanınmış “Suntory” şirkəti anbarlardakı ehtiyatın azalması səbəbindən premium sinfinə məxsus iki viski markasını ticarət şəbəkəsindən çıxardığını bəyan edib.
AZƏRTAC şirkətin rəsmi nümayəndələrinə istinadla xəbər verir ki, 12 illik “Hakushu” və 17 illik “Hibiki” brendləri gələn aydan başlayaraq sentyabradək anbarlardakı ehtiyatın azalması səbəbindən ticarət şəbəkələrinə tədarük edilməyəcək.
Yapon istehsalı olan viski içkiləri son illər bir neçə beynəlxalq mükafata layiq görüldükdən sonra xeyli məşhurlaşıb. Yapon istehsalçıları əsas içki kimi sodalı viski məhsulunu da bazarda tanıtmağa çalışırlar.
Son 10 ildə Yaponiyada ticarət şəbəkələrinə tədarük olunan viski içkilərinin miqdarı təqribən iki dəfədən çox artıb.
“Suntory” şirkətinin də istehsal gücünü artırmasına baxmayaraq, tədarük olunan məhsul bazarın tələbatını ödəyə bilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]