DÜNYA


Yaponiyanın Tokuşima şəhərində “Ava Odori” rəqs festivalı başlayıb

Tokio, 13 avqust, AZƏRTAC

Avqustun 12-də Tokuşima şəhərində Yaponiyada öz populyarlığı ilə seçilən “Ava Odori” rəqs festivalı start götürüb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən şəhərin meri Akiyoşi Endo ənənəvi festivalın bu il də tamaşaçıların zövqünü oxşayacağına ümidvar olduğunu bildirib.

Festivalın təşkilat komitəsinin üzvü 4 gün davam edəcək festivalı açıq elan edib. Yay kimonosu və happi geyinmiş rəqqaslar canlı musiqinin sədaları altında rəqs etməyə başlayıblar. Onlar odori rəqslərini baraban və fleytanın müşayiəti ilə dörd meydançada ifa ediblər.

Xaricdən, Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş qonaqlar və yerli sakinlər rəqqasların çıxışlarını alqışlarla qarsalayıblar.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.