REGİONLAR


Yaponiyanın “Va-Liqa” musiqi qrupu Sumqayıtda VİDEO

Sumqayıt, 8 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Teatrında Yaponiyanın “Va-Liqa” musiqi qrupunun konserti olub. Konsert Yaponiyanın Azərbaycandakı səfirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, konserti izləyənlər arasında Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və xanımı, Milli Məclisin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov da olub.

“Va-Liqa” qrupunun repertuarına Yaponiyanın ənənəvi Kabuki və No teatrlarının rəqs səhnələri, "vadaiko" (yapon barabanları), "şamisen" (simli musiqi aləti), "minyo" kimi folklor musiqiləri daxildir. Qrup indiyədək dünyanın müxtəlif ölkələrində çoxsaylı konsert verib.

Bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdən sonra çıxış edən səfir Teruyuki Katori Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışıb. Diplomat bildirib ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il bir sıra tədbirlər keçirilib. Onlar əsasən mədəniyyət və incəsənət sahəsində olan tədbirlərdir. Qeyd olunub ki, belə tədbirlər təkcə mədəni münasibətlərin inkişafına deyil, həm də hər iki dövlətin bir-biri ilə mövcud əlaqələrinin daha da genişlənməsinə, xalqlar arasında qarşılıqlı münasibətlərin yaranmasına töhfələr verir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov diqqətə çatdırıb ki, Azərbaycan dövləti Yaponiya ilə dostluq münasibətlərinin inkişafına xüsusi önəm verir. İstər siyasi, istərsə də digər sahələrdə əməkdaşlığın yeni müstəviyə çıxması istiqamətində son illər uğurlu addımlar atılır. T.Səmədov maraqlı və yaddaqalan konsertə görə qonaqlara tamaşaçılar adından təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.