DÜNYA


Yaponiyanın Xarici İşlər naziri Cənubi Çin dənizində vəziyyətlə bağlı narahatlığını bildirib

Tokio, 10 sentyabr, AZƏRTAC

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Cənubi Çin dənizində yaranmış vəziyyətlə əlaqədar narahatlığını bildirib.

AZƏRTAC xəbər verir ki, yaponiyalı nazir bu barədə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına daxil olan (ASEAN) ölkələrin nazirlərinin onlayn sammiti zamanı bəyan edib.

Yaponiya vaxtilə gecə saatlarında keçirilən tədbirdə ASEAN-a daxil olan 10 ölkə ilə yanaşı, Yaponiya, Çin, ABŞ, Rusiya və digər ölkələrin Xarici İşlər nazirləri də iştirak ediblər.

Sammitdə çıxış edən T.Moteqi Yaponiyanın regionda status-kvonun birtərəfli qaydada dəyişdirilməsi təşəbbüsündən narahatlığını ifadə edib. Yapon nazir bu məsələdə maraqlı olan dövlətləri, o cümlədən Çin və ABŞ-ı vəziyyəti qaydaya salmaq üçün konstruktiv addımlar atmağa çağırıb.

Çinin Cənub Çin dənizində qaydalar kodeksinin hazırlanması barədə təklifinə gəlincə isə, T.Moteqi bildirib ki, yeni sənəd BMT-nin dəniz hüququ barədə konvensiyasına uyğun gəlməli və üçüncü ölkələrin maraqlarına təsir göstərməməlidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.