DÜNYA


Yaponiyanın Xarici İşlər naziri ölkəsinə BMT Təhlükəsizlik Şurasında daimi üzvlük statusu verilməsinə çağırıb

Tokio, 23 sentyabr, AZƏRTAC

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi BMT Təhlükəsizlik Şurasında islahatların gecikdirmədən aparılmasına və ölkəsinə bu təşkilatda daimi üzvlük statusu verilməsinə çağırıb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, T.Moteqi bu barədə BMT-nin yüksək səviyyəli görüşünə ünvanlandığı videomüraciətində bildirib.

BMT-nin yaranmasından sonra dünyada mühüm dəyişikliklər baş verdiyini vurğulayan T.Moteqi insanların daha böyük və müxtəlif böhranlarla qarşılaşdığını qeyd edib. Buna misal olaraq hazırda bütün dünyanı ağuşuna almış koronavirus pandemiyasını göstərib.

Yapon nazir beynəlxalq ictimaiyyətin birliyinin möhkəmləndirilməsində BMT-nin mühüm rolu olduğunu xüsusi qeyd edib. Bu təşkilatı gücləndirmək üçün Təhlükəsizlik Şurasında islahatlar aparılmasının zəruriliyini vurğulayıb.

Nazir deyib ki, BMT üzvü olan, üzərinə böyük öhdəliklər götürmək üçün müəyyən potensiala malik ölkələr Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibində yer almalıdırlar. Yaponiya daimi üzv kimi üzərinə öhdəliklər götürməyə hazırdır və bu, dünyada sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcək.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.