DÜNYA


Yaponiyanın Xirosima şəhəri G7 liderlərinin sammitini qəbul etmək niyyətindədir

Tokio, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Yaponiyanın Xirosima şəhərinin rəhbərliyi 2023-cü ildə keçiriləcək G7 ölkələrinin liderlərinin samitinin təşkili üçün bu şəhərin namizədliyini irəli sürüb. Sammitdə Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, İtaliya, Fransa və Yaponiya liderlərinin iştirakı gözlənilir.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə təkliflə şəhərin meri Kazumi Matsui və Xirosima prefekturasının qubernatoru Hidehiko Yuzaki Tokioda Baş nazirin ofisində və Xarici İşlər Nazirliyində keçirilən görüşlər zamanı çıxış ediblər.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Fumi Kişida Xirosimadan parlamentin üzvü seçilib və ABŞ bombardmanı zamanı onun bəzi qohumları da xəsarət alıb.

Xirosima ilə yanaşı, G7 liderlərinin sammitini qəbul etmək üçün Kyuşü adasında yerləşən Fukuoka və Sakit okean sahillərində yerləşən Naqoya şəhərləri də namizədliklərini irəli sürüb.

Qeyd edək ki, Yaponiya 2023-cü ildə “Böyük yeddiliy”in liderlərinin növbəti sammitinə ev sahibliyi edəcək. Sonuncu dəfə bu ölkə 2016-cı ildə Mie prefekturasının Şima şəhərində G7 liderlərini qəbul edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.