MƏDƏNİYYƏT


Yaponiyanın Yamato şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub

Bakı, 25 yanvar, AZƏRTAC

Yaponiyanın Yamato şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, musiqili gecə Yaponiyada yaşayan soydaşımız, fortepiano ifaçısı Gülnarə Azuma-Səfərovanın və yapon həmkarlarının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konsert zamanı həmvətənimiz yapon musiqiçiləri ilə birlikdə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Tofiq Quliyevin əsərlərini ifa edib. Azərbaycan milli geyimində səhnəyə çıxan yapon müğənninin bəstəkar Tofiq Quliyevin “Zibeydə” mahnısını azərbaycanca ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Qeyd edək ki, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, pedaqoji elmlər doktoru Gülnarə Azuma-Səfərova Bakı Musiqi Akademiyasının (BMA) fortepiano fakültəsini bitirib. 1997-2007-ci illərdə BMA-nın dosenti vəzifəsində çalışıb. Yaponiya vətəndaşı ilə ailə quran soydaşımız 2008-ci ildən “Gündoğan ölkə”də yaşayır. Azərbaycanın qədim və zəngin musiqisinin tanıdılması və təbliğ olunması məqsədilə yapon musiqiçiləri ilə birlikdə bu ölkədə müxtəlif layihələr həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.